ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bu gün Mövlud Mirəliyevin Olimpiya medalını qazanmasından 15 il ötür

Bu gün Mövlud Mirəliyevin Olimpiya medalını qazanmasından 15 il ötür

2008-ci ilin avqustun 14-də Mövlud Mirəliyev Pekin  Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 

Mövlud Mirəliyev hər zaman cüdonun dəyərlərinə sarsılmaz bağlılığını və fədakarlığını nümayiş etdirib. O, Azərbaycanı dünya miqyasında layiqincə təmsil etməyə bacarıb.

“İdmançıların nailiyyətlərini tanımaq və qeyd etmək vacibdir. Gənc nəsil Elxan Məmmədov, Elçin İsmayılov kimi uğurlu idmançıları tanımalı  və onlardan öyrənməlidirlər.  Arzulayıram ki, idmançılar daim beynəlxalq arenalarda yüksək nəticə əldə etsinlər.”, - deyə Mövlud Mirəliyev bildirib.

Mövlud Mirəliyev 2015-ci ildən 2023-cü ilə qədər kişilərdən ibarət milli yığma komandanın  məşqçisi kimi fəaliyyət göstərib. M. Mirəliyev idman nailiyyətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Hazırda Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi  vəzifəsini icra edir.

Mövlud Mirəliyevi Olimpiya medalının 15-ci ildönümü münasibəti ilə bütün cüdo ailəsi adından ürəkdən təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzu edirik