ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Bu gün U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulacaq

Bu gün U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulacaq

15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin sonuncu yarış günü keçirilir. 

16 martda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 291 cüdoçu gücünü sınayacaq. Qızlar arasında -36 kq., -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -42 kq., -55 kq., -73 kq. və +73 kq. çəki dərəcələrinə qaliblər bəlli olacaq.

Yarışın ilkin görüşləri saat 9:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.


İdmançılarımıza uğurlar arzulayırıq!