ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

"Çox güclü komandamız var və hər gün daha da güclənirik"

"Çox güclü komandamız var və hər gün daha da güclənirik"

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk gününün nəticələri böyük sevincə səbəb oldu. Məşqçilər korpusu və nümayəndə heyəti çiyin-çiyinə dayanaraq dövlət himnini oxuyaraq bu qələbəni qürurla qeyd ediblər.

Avropa Cüdo Birliyinin saytına müsahibəsində Olimpiya Çempionu Elnur Məmmədli bildirib ki, bu gün Azərbaycan üçün xüsusi gündür:

“Azərbaycan Cüdo Federasiyası çox məhsuldar iş aparır və nəticələr öz sözünü deyir. Bu gün Rüstəm Alimlinin komandası hazırlığını bütün Avropa qitəsinə nümayiş etdirib. Yarışın ilk günündə dörd qızıl və bir bürünc xüsusi nailiyyətdir və inanırıq ki, yaxın günlərdə də eyni möhtəşəm nəticə əldə etməyə davam edəcəyik”.

Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov müsahibəsində komandanın çıxışından razı qaldığını və hər şeyin əla getdiyini bildirib: “Biz birlikdə çox yaxşı işləyirik. Bu, şübhəsiz ki, gözəl nailiyyətdir. Lakin, həqiqətən də vacib olan odur ki, istedadlı idmançılarımızın mümkün qədər çoxu Dünya Turuna yüksəlsinlər. Yeniyetmə idmançılarımız üçün bu yalnız başlanğıcdır. Növbəti bir neçə il qızlarımızın və oğlanlarımızın əsl gücünü müəyyən edəcək.”

Yeniyetmə oğlanlardan ibarət milli yığmanın baş məşqçi Rüstəm Alimli çempionatının ikinci gününə böyük ümidlər bəslədiyini bildirib: "Şübhəsiz ki, həftə sonu himnimizi yenidən səslənəcək. Növbəti günlərdə qızıl qazanmaq şansımız da çox yüksəkdir. Amma təbii ki, yenə bugünkü kimi şanslı olub-olmayacağımızı təxmin etmək  mümkün deyil. Çox güclü komandamız var və hər gün daha da güclənirik.".

COACHES' CHOIR