Cüdo Federasiyası idman könüllülərinə sertifikatlar təqdim edib
Dekabrın 27-si Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Bakı Böyük Dəbilqə 2022 turnirində aktiv iştirak etmiş könüllülərə sertifikatlar təqdim edilib. Mötəbər yarışın təşkilatçılığında göstərdikləri dəstəyə görə federasiya gənclərə rəsmi formada təşəkkürünü bildirib.
Paytaxtda 4-6 noyabr tatixlərində keçirilmiş cüdo turnirinə ümumilikdə 63 könüllü qoşulub. Onlar turnirin təşkilati, hazırlıq prosesində və aktiv yarışlar hissəsində iştirak ediblər.
ACF növbəti illərdə də könüllülər ilə işi, onların irimiqyaslı yarışlara və tədbirlərə cəlb olunmasını davam etdirəcək. Federasiya göstərilən dəstəyə görə “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinə təşəkkür edir.