ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

"Cüdo məktəblərdə" layihəsi davam etdirilir

“Cüdo məktəblərdə” layihəsi Bakı məktəblərində davam etdirilir. Azərbaycan Cüdo Federasiyası ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü əsasında fiziki tərbiyə dərsləri çərçivəsində IV–VI siniflər üçün cüdo məşğələləri keçirilir.

Layihə Bakı şəhəri Binəqədi rayonu Vüqar Əvəzov adına 300 nömrəli tam orta ümumtəhsil məktəbdə də icra olunur. Tədris proqramı şagirdlərə cüdonun əsas prinsiplərini, ukemi üzrə təhlükəsiz yıxılma bacarıqlarını və başlanğıc hərəkət elementlərini mənimsətməyə yönəlib. Dərsləri beynəlxalq sertifikata malik məşqçi Fuad Abbaslı aparır.

Dərsləri tamamlayan şagirdlərə sertifikat veriləcək. Bundan əlavə, valideyn və şagirdlərə ətraf ərazidəki cüdo klubları barədə məlumat təqdim olunacaq, sınaq dərslərinə qoşulmaq və idmana başlamaq üçün rahat qeydiyyat imkanları yaradılacaq. Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.