Cüdo məşqçiləri üçün Goranboyda növbəti seminar keçirilib
Aprelin 15-də Azərbaycan Cüdo Federasiyasının cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı çərçivəsində Goranboyda növbəti seminar keçirilib. Tədbirdə Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçi-müəllimlər iştirak ediblər.
Seminarda iştirakçılara ilkin tibbi yardım və sosial mediadan düzgün istifadə qaydaları ilə bağlı təlimlər keçirilib. Təlim zamanı məşqçilər ilkin tibbi yardım üzrə praktiki hazırlıq mərhələlərində iştirak ediblər.
Qeyd edək ki, proqram hər regionda 6 gün davam edəcək.