Cüdo məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsili davam edir
21-22 oktyabrda Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru və Avropa Cüdo Birliyinin kata komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil alan cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədi “kata” təlimi təşkil olunub.
Məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan 75 məşqçi iştirak edib.
Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Mehmet Yılmaz təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüb.
Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.