ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında təhsili davam edir

İyunun 24-də BCF akademiyasında təhsil alan məşqçilər üçün Kata seminarı təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və BCF-in ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib. Seminar BCF-in praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə ötən ildən start verilən BCF-in Akademiyası ilə əməkdaşlıq davam etdirilir. Belə ki, cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıb. 

Bu seminar cari ildə ACF tərəfindən məşqçilər üçün təşkil olunan 4-cü seminardır.  Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.