ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında təhsili davam edir

Cüdo məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında təhsili davam edir
Cüdo məşqçilərinin Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında təhsili davam edir

Azərbaycan Cüdo Federasiyası(AJF) təşəbbüsü ilə ötən ildən start verilən BCF-in Akademiyası ilə əməkdaşlıq davam etdirilir. Belə ki, cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıb. Mayın 13-i akademiyada təhsil alan məşqçilər üçün seminar təşkil olunub. Təlim ötən il akademiyada ən yüksək nəticə əldə edən və BCF-in ekspertləri tərəfindən tövsiyə olunan peşəkar cüdo məşqçiləri tərəfindən keçirilib. Seminar BCF-in praktiki dərslərinə və imtahanına hazırlıq məqsədi daşıyır.

ACF cüdo məşqçilərini biliklərinin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə seminarların davamlı olaraq keçirilməsini planlaşdırır.

Qeyd edək ki, ACF BCF Akademiyası ilə 2022-ci ilin mart ayından əməkdaşlığa başlayıb və nəticədə 80 cüdo məşqçisi proqrama cəlb edilib, onlardan 68 məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. 2023-cü ildə ümumilikdə daha 80 nəfər məşqçinin BCF Akademiyasında təhsilə cəlb edilməsi planlaşdırılıb.