ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo üzrə Bakı kəndləri birinciliyinə yekun vurulub

Cüdo üzrə Bakı kəndləri birinciliyinə yekun vurulub

14 apreldə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyinin ikinci yarış günü keçirilib. Turnirin ikinci günündə qızlar arasında -32 kq., -40 kq., -48 kq., -57 kq. və +63 kq. çəkilərdə, oğlanlar arasında -34 kq., -42 kq., -50 kq., -60 kq. və +66 kq. çəkilərdə qaliblər bəlli olub. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində mükafatçılar müəyyən olub. Yarışda Bakı kəndlərindən olan 32 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 325 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Maştağa İdman Klubu, 2-ci yerə Əhmədli İdman Klubu, 3-cü yerə isə Ramana İdman Mərkəzi layiq görülüb. 25 komanda müxtəlif əyarlı medal qazanıb.

Qeyd edək ki, ilk yeri tutan idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.

Yarışın ikinci gününün qaliblərini təqdim edirik:

 

Qızlar

 

-32 kq.

1. Məryəm Əhmədzadə

2. Sofiya Bıkova

3. Nuray Ağahüseynzadə

3. Xəyalə Kərimli

 

-40 kq.

1. Pərvin Sevxanlı

2. Zəhra Mövlanverdiyeva

3. Zəhra Feyzullayeva

3. Nigar Heydərzadə

 

-48 kq.

1. Mədinə Qurbanova

2. Nərmin Salahova

3. Nigar Əliyeva

3. Mahizər Axundzadə

 

-57 kq.

1. Aidə Manaflı

2. Fatimə Səfərova

3. Rəfiqə Ələkbərova

 

+63 kq.

1. Xədicə Quluzadə

2. Xanım Yusibova

Oğlanlar

 

-34 kq.

1. Mehdi Zeyqemli

2. Cavanşir Hüseynov

3. İsmayıl Mirzəyev

3. Əkbər Ələkbərli

 

-42 kq.

1. Yusif Abdullayev

2. Hüseyn Heydərli

3. Emil Mürvələdov

3. Bəhram Mehdi

 

-50 kq.

1. Zülfüqar Qurbanlı

2. Raul Əlizadə

3. Mirrəhim Sultanov

3. Murad Sadıqov

 

-60 kq.

1. Murad Nəzərzadə

2. İsmayıl Həsənli

3. Sadiq Əlizadə

3. Nihad İsayev

 

+66 kq.

1. Camal Bünyatov

2. Kamran Hacıyev

3. Nihad Məlikli

3. Tofiq Əliyev

 

İdmançılarımızı təbrik edirik!