ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib

Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib
Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib
Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib
Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib
Cüdo üzrə Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib

13 apreldə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Nardaran kəndindən olan Şəhid cüdoçu Xəlilov Hüseynin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov, Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru Kamran Talıbov və digər rəsmi nümayəndələr iştirak ediblər. 

ACF-in idman direktoru Kamran Talıbov çıxışında bildirib: “Bakı Kəndləri birinciliyi ikinci dəfədir təşkil olunur. Bütün ölkə üzrə cüdonun  kütləviləşdirilməsi  istiqamətində həm paytaxt Bakıda, həm də regionlarda bir sıra işlər görülür. Uşaqların, yeniyetmələrin və gənclərin düzgün istiqamətləndirilməsi və gələcək cüdoçular nəslinin yetişdirilməsi Federasiya olaraq qarşımıza qoyduğumuz ən əsas məqsədlərdən biridir.” 

Kamran Talıbov iki gün ərzində keçiriləcək turnirə 400-ə yaxın idmançının qatıldığını bildirib və idmançılara uğurlar arzu edib. Turnirin təşkilində göstərdiyi böyük etimada və dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Bakı Abadlıq Xidmətinə dərin minnətdarlığımı bildirib. 

Daha sonra Gənclər İdman Nazirliyinin rəsmisi Aydın Məmmədov turnir iştirakçılarını salamlayıb və bildirib ki, ACF-in ölkədə cüdonun inkişafı üçün gördüyü fəaliyyətlər təqdirə layiqdir: “Turnirdə iştirakçıların sayı çoxdur, bu da o deməkdir ki Bakının ətraf bölgələrində cüdo populyardır və inkişaf edir. Bakı kəndləri idmançıları üçün turnir təşkil olunduğu üçün ACF-ə və Bakı Abadlıq Xidmətinə təşəkkür edirik.”

Daha sonra Azərbaycan kata yığma komandasının üzvləri və kiçik yaşlı idmançılar kata nümayiş etdiriblər.

Qeyd edək ki, turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilir. Yarışın ilk günündə qızlar və oğlanlar arasında 10 çəki dərəcəsində qaliblər bəlli olub. Yarışın qaliblərinə Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.

Qeyd edək ki, yarış aprelin 14-ə qədər davam edəcək.