ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo üzrə komandalar arasında beynəlxalq V “Raquf Orucov Kuboku” turniri keçirilib

Cüdo üzrə komandalar arasında beynəlxalq V “Raquf Orucov Kuboku” turniri keçirilib

Aprelin 30-da Bakı İdman Sarayında cüdo üzrə komandalar arasında beynəlxalq V “Raquf Orucov Kuboku” turniri keçirilib.

2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərin xatirəsinə həsr edilmiş turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və fərdi neytral idmançılar olmaqla 20 yaşadək cüdoçularından ibarət 13 komanda medallar uğrunda mübarizə aparıb.

Turnirin finalında "Edelveys" (Fərdi Neytral İdmançılar) və Cüdo Klub 2012 (Azərbaycan) komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqibinə qalib gələrək kuboku və qızıl medalları qazanıb. Bürünc medallara Atilla İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir 2018, 2019 və 2023-cü illərdə də təşkil olunub.