ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo üzrə məktəblilərin Respublika çempionatına yekun vuruldu

Cüdo üzrə məktəblilərin Respublika çempionatına yekun vuruldu

9-10 iyunda Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə məktəblilərin cüdo üzrə Respublika çempionatı keçirilib.

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 98 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 300-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb. Turnirdə 16 çəki dərəcəsində 13 yaşa qədər qızlar və oğlanlar arasında qaliblər bəlli olub.

10 iyunda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın açılış mərasimi olub. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılışda çempionat haqqında məlumat verilib, rəqs və mahnı nömrələri nümayiş olunub. Tədbir final qarşılaşmaları ilə davam etdirilib, qaliblər rəsmi qonaqlar tərəfindən diplom və medallarla təltif edilib. Açılış mərasimində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəsmi şəxsləri, tanınmış idmançılar iştirak ediblər.

İkinci yarış günündə oğlanlar arasında -30 kq., -38 kq., -46 kq. və +50 kq. çəkilərdə, qızlar arasında isə -28 kq., -36 kq., -44 kq. və +48 kq. çəkilərdə 142 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Çempionatın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanı şagirdlər arasında kütləviləşdirmək, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, şagirdlər arasında sağlam, aktiv həyat tərzini təşviq etmək, idmançıların yarış təcrübələrini artırmaq və idman bazalarından səmərəli istifadəni təmin etməkdir.

İkinci yarış gününün qaliblərinin siyahısını təqdim edirik:

Qızlar

-28 kq.
1. Züleyxa Saparova (Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb)
2. Zəhra Yusifova (Sumqayıt şəhər 39 nömrəli tam orta məktəb)
3. Ləman Bağırova (Naxçıvan Muxtar Respublikası)
3. Aylin Musalı (Sumqayıt şəhər 7 nömrəli tam orta məktəb)

-36 kq.
1. Emiliya Tahirova (Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəb)
2. Fatimə Əli (Sumqayıt şəhər 27 nömrəli tam orta məktəb)
3. İlknur Rəhimli (Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb)
3. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri V.İbrahim adına 35 nömrəli tam orta məktəb)

-44 kq.
1. Nazlızəhra Rüstəmli (Bakı şəhəri 1 nömrəli İdman liseyi)
2. Ayla Məmmədli (Bakı şəhəri Nizami rayon 220 nömrəli məktəb-lisey)
3. Gülay Nasirova (Mingəçevir)

+48 kq.
1. Fatimə Səfərova (Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəb)
2. Jasmin Mirzəbalayeva (Sumqayıt şəhər 15 nömrəli tam orta məktəb)
3. Sevgi Abdullayeva (Sumqayıt şəhər 11 nömrəli tam orta məktəb)
3. Gülüm Qasımova (Mingəçevir)

Oğlanlar

-30 kq.
1. Əfsan Cabbarov
2. Cahandar Quluzadə (Mingəçevir)
3. Əli Quluzadə (Gəncə)
3. Elmar Məmmədov (Göyçay)

-38 kq.
1. Nicat Əliyev (Bakı şəhəri Nizami rayonu Vüqar Sadıqov adına 214 nömrəli tam orta məktəb)
2. Eldar Xəlilov (Goranboy)
3. Ömər Səlimli (Mingəçevir)
3. İmran Salahov (Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəb)

-46 kq.
1. Adəm Nağıyev (Naxçıvan Muxtar Respublikası)
2. İsmayıl Şükürlü (Naxçıvan Muxtar Respublikası)
3. Rəsul Rüstəmli (Bakı şəhəri Xətai rayonu 264 nömrəli məktəb-lisey)
3. Telman Abdullayev (Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb)

+50 kq.
1. Baxış Əhmədov (Bakı şəhəri Sabunçu rayonu Nəsimi Rzayev adına 169 nömrəli tam orta məktəb)
2. Yusif Ağakişiyev (Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəb)
3. Rəsul Əliyev (Bakı şəhəri Xəzər rayonu 121 nömrəli tam orta məktəb)
3. İbrahim Əliyev (Bakı şəhəri Nizami rayon 70 nömrəli məktəb-lisey)

İdmançıları təbrik edirik!