Cüdo üzrə millimiz bu il kişilər arasında qazanılan medal sayına görə dünyada liderlik edir
Müxtəlif yaş kateqoriyalarında kişilərdən ibarət yığmamız bu ilin əvvəlindən bu günə qədər avrokuboklarda və digər beynəlxalq yarışlarda 25 qızıl, 16 gümüş və 26 bürünc mükafat qazanıb. Nəticədə, Azərbaycan cüdo üzrə milli yığma komandası kişilər arasında sıralamada 67 medalla dünyada ölkələri arasında 1-ci yerdə, ümumi sıralamada isə 3-cü yerdə qərarlaşıb.