Cüdo üzrə “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku başa çatıb
11-12 mayda Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında “Yaponiya-Azərbaycan Dostluğu” Səfir Kuboku keçirilib.
Yarışın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Yaponiya dövlət himnləri səsləndirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və ACF-in idman direktoru Kamran Talıbov çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.
Yarışda ümumilikdə 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-ə yaxın qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər bəlli olub.
Turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Göygöl Rayon İcra Hakimiyyətinin, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə keçirilib.
Turnirin keçirilməyində əsas məqsəd Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Medalçıları təqdim edirik:
Qızlar
-25 kq.
1. Bahar Musayeva
2. Aliyə Qulubəyova
3. Məlahət Məmmədzadə
-28 kq.
1. Nuray Ağahüseynzadə
2. Zeynəb Əsədova
3. Səmra Hacızadə
3. Özləm Əliyeva
-32 kq.
1 Aygül Nadirli
2. Məryəm Nurullazadə
-36 kq.
1. Aysel İsmayılova
2. Leyla Həsənova
3. Mələk Vəliyeva
-40 kq.
1. Məleykə Əsədova
-44 kq.
1. Zəhra Mədətzadə
2. Zeynab Həsənova
3. Hilay Həbibli
Oğlanlar
-27 kq.
1. Cahandar Qulizadə
2. Kənan Gəncəliyev
3. Ülvü Məcidli
3. Əli Quluzadə
-30 kq.
1. Məhəmməd Şahverdili
2. Abdulla Xudiyev
3. Tunar Abdullah
3. Firudin Şərifzadə
-34 kq.
1. Əli Qurbanlı
2. Eldar Xəlilov
3. Ömər Bağırov
3. Nihad İsmayılov
-38 kq.
1. Yusif Şahverdili
2. Məğrur Allahverdiyev
3. Coşqun Məmmədli
3. Saləddin Hüseynli
-42 kq.
1. Yusif Qurbanov
2. Kərim Hübətov
3. Yavər Musayev
3. İlham Həsənov
-46 kq.
1. Mirrəhim Soltanov
2. Abdulrəhman Manafov
3. Hüseyn Ələsgərov
3. Mustafa Sultanov
-50 kq.
1. Murad Şirinov
2. Dəniz Abbasov
3. Əli Hüseynov
3. Elmir Tağızadə
+50 kq.
1. Baxış Əhmədov
2. Ayxan Qurbanzadə
3. Fuad Kərimzadə
3. Rövşən Əhədli
İdmançıları təbrik edirik!