ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo üzrə yeniyetmə komandamız 2023-cü ilin Dünya birincisi oldu

Cüdo üzrə yeniyetmə komandamız 2023-cü ilin Dünya birincisi oldu
Cüdo üzrə yeniyetmə komandamız 2023-cü ilin Dünya birincisi oldu
Cüdo üzrə yeniyetmə komandamız 2023-cü ilin Dünya birincisi oldu

Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli komandası 2023-cü ildə beynəlxalq arenada Azərbaycanın idman tarixinə əbədi həkk  olunacaq əlamətdar nailiyyətlər əldə edib. Belə ki, bu il Azərbaycanın yeniyetmələrdən ibarət cüdo üzrə yığma komandası Avropa Gənclərin Olimpiya Festivalında, Avropa və Dünya çempionatında və digər mötəbər yarışlarda uğurlu nəticə əldə edərək, ilin ən güclü yeniyetmə cüdo komandası statusunu möhkəmləndirib.

Azərbaycanın yeniyetmə cüdo yığması il ərzində 87 medal qazanıb. Bu medalların 33-ü qızıl, 17-si gümüş və 37-si bürüncdür. 

Zaqrebdə yeniyetmələr arasında Dünya çempionatı cüdo tariximizə yazılacaq bir çox əlamətdar nəticələrlə yadda qaldı. Belə ki, oğlanlar arasında Nihad Məmişov (-50 kq.) son on illikdə Dünya çempionatından ilk qızıl medalı qazanıb. İlk dəfə iki Azərbaycan idmançısı -50 kq. çəkidə Məhəmməd Məmişov və Nihad Məmişov final görüşündə üz-üzə gəlib və bu görüş Azərbaycan cüdoçuları arasında peşəkarlığı nümayiş etdirib. Cüdoçularımız çempionatda oğlanlar arasında 7 çəki dərəcəsində təmsil olunublar və 6 çəki dərəcəsində turniri müxtəlif əyarlı medalla başa vurublar ki, bu da komandamız üçün özünəməxsus rekorddur.

Qızlar arasında -52 kq çəki dərəcəsində Xədicə Qadaşovanın çempionatda parlaq qələbəsi Azərbaycan üçün tarixi nailiyyət olmaqla yanaşı, həm də qadın cüdosunun ölkəmizdə artan nüfuzunun bariz nümunəsini göstərir. 

Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

Azərbaycanın yeniyetmə cüdo komandası Dünya çempionatının qarışıq komanda yarışlarında isə 2019, 2022 və 2023-cü illərdə ardıcıl gümüş medallar qazanıblar. 

Bu il cüdoçularımız Avropa çempionatında da liderliyi qoruyaraq həm medalların sayına, həm də əyarına görə fərdi yarışlarda  1-ci olublar. Oğlanlar arasında da eyni nəticə əldə edilib.

Həmçinin, Avropa çempionatının qarışıq komanda yarışlarında  idmançılar qızıl medal qazanıb ki, bu da yeniyetmələrin qarışıq komanda yarışlarında əldə etdikləri ilk qızıl medal kimi tarixə düşüb.

Avropa Gənclər Olimpiya Festivalında (EYOF) fərdi yarışlarda, ümumi medal sıralamasında həm medalların əyarına, həm də sayına görə birincilik əldə edilib. Qızlardan ibarət milli yığmamız tarixində ilk dəfə EYOF-da medal sıralamasında medal əyarına görə birinci olub. Bu, həm də qızlar arasında böyük yarışlarda əldə etdiyimiz ilk belə nəticə idi.

Beləliklə, cari ildə Dünya, Avropa çempionatlarında  və EYOF kimi önəmli yarışlarda əldə etdiyimiz nəticələr  ən güclü yeniyetmə komanda olduğumuzu göstərdi.