ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdo və Milli Super Qəhrəman Günü

Cüdo və Milli Super Qəhrəman Günü

Aprelin 28-i Amerika Birləşmiş Ştatları Milli Super Qəhrəman Gününü qeyd edir! Milli Super Qəhrəman Günü 1995-ci ildən bəri Marvel şirkəti tərəfindən qeyd olunub. Bəs siz bilirsiniz ki, cüdo real həyatda qəhrəmanlar yaratmaq gücünə sahibdir?

Super-qəhrəmanlar əvvəllər yalnız geyim, sehr, inanılmaz gücə və xüsusiyyətə sahib olan personajlarla məhdudlaşdırılırdı. Lakin indi super-qəhrəmanlar cəmiyyətə müsbət təsir göstərən, çətin anlarda qəhrəmancasına mübarizə aparan, ruhlandıran və ilham verən insanlar haqqındadır. Bu cür  insanlar daim olaraq bizim aramızdadırlar!

Cüdo bir idmandan daha artıqdır! Cəsarət, fədakarlıq, hörmət, şərəf, dostluq kimi dəyərlərə sahib olan cüdo real həyatda qəhrəmanlar yaratmağa köməklik edir.

Beynəlxalq Cüdo Federasiyasının saytında dərc olunan məqalədə Səid Mollayi real həyatda qəhrəman xüsusiyyətlərinə malik olan ən məşhur cüdoçuların siyahısında yer alıb. Müəllif məqalədə Bakı 2022 Böyük Dəbilqə turnirində final blokundan əvvəl Səidin və 8 yaşlı Məhəmmədin qarşılaşmasını xatırlayıb. Səid Mollayi çətinliklərlə üzləşmiş, lakin daim möhkəm ayaq üstə duran qəhrəman kimi təqdim olunub. O, Bakı Böyük Dəbilqə turnirində azyaşlı cüdoçu Məhəmməd ilə tatamiyə çıxaraq dünyada bütün uşaqları ruhlandırdı və onlara ilham verdi. O, İsraildə turnirlərdə dəfələrlə iştirak edərək, öz inancını müdafiə edərək, hər kəsə cəsarətini nümayiş etdirdi. 

Milli Super Qəhrəman günündə ürəklərimizi fəth edən hekayələri və Səidin simasında real həyat qəhramanlarımızı yada salaq!

Happy National Superhero Day!