Cüdoçular Berlində təlim-məşq toplanışında iştirak ediblər
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri iyulun 31-dən avqustun 2-nə qədər Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 12 oğlan və 4 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.