ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçular Daşkənd Böyük Dəbilqə turnirində iştirak edəcək

Cüdoçular Daşkənd Böyük Dəbilqə turnirində iştirak edəcək

1-3 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan milli yığma komandası 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımovanın rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Qadınlar


-48 kq. 

Könül Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva  

Aydan Vəliyeva 


-57 kq. 

Fidan Əlizadə 


-63 kq. 

Aytac Qardaşxanlı


Kişilər 


-60 kq. 

Nazir Talıbov 

Rövşən Əliyev 


-66 kq. 

İslam Rəhimov 

Rəşid Yelkiyev 


-73 kq. 

İbrahim Əliyev 

Nəriman Mirzəyev 


-81 kq. 

Ömər Rəcəbli 


İdmançılarımıza uğurlar arzulayırıq!