Cüdoçular Daşkənd Böyük Dəbilqə turnirində iştirak edəcək
3-5 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək. Azərbaycan milli yığma komandası yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.
İdmançılar mötəbər yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.
-60 kq.
Rövşən Əliyev
Əhməd Yusifov
-66 kq.
Kamran Süleymanov
Ruslan Paşayev
-73 kq.
Nəriman Mirzəyev
Rəşid Məmmədəliyev
İdmançılarımıza uğurlar arzulayırıq!