Cüdoçular “Gücümüz cəsarətimizdədir!” aksiyasında iştirak edib
13 noyabrda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı, eləcə də idman federasiyalarının dəstəyi ilə “Gücümüz cəsarətimizdədir” adlı aksiya keçirib.
Tədbirdə iştirak edən qadınlardan ibarət milli yığmanın məşqçisi Kifayət Qasımova və qadınlardan ibarət milli yığmanın üzvü Xədicə Qədəşova tərəfidən cüdo üzrə ustad dərsi keçirilib. Onlar iştirakçılarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər. Tədbirdə peşəkarlar tərəfindən müxtəlif cüdo fəndləri uşaqlara və gənclərə nümayiş olunub.
Aksiya qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin kütləvi şəkildə təbliği, asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.