Cüdoçular ilin ilk Olimpiya təlim-məşq toplanışında iştirak edirlər
Yanvarın 7-dən 15-dək Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan beynəlxalq toplanışda 30 azərbaycanlı cüdoçu, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev iştirak edirlər. Bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur.
Ümumilikdə, hazırlıq prosesində 44 ölkədən 848 idmançı iştirak edir.