ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçular Malaqada təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycanın cüdo üzrə milli yığma komandasının üzvləri İspaniyanın Malaqa şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edir. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 16-21 oktyabrda keçirilən beynəlxalq təlim-məşq toplanışına Azərbaycan yığma komandasının 13 üzvü qatılıb. 

Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərlik edir.

Təlim-məşq toplanışı 3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına və 17-19 noyabrda keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.