Cüdoçular Poreç Olimpiya təlim-məşq toplanışına iştirak edir
Azərbaycanın cüdo üzrə milli yığma komandansının üzvləri 10 iyundan etibarən Xorvatiyanın Poreç şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Təlim-məşq toplanışında qadınlardan, böyüklərdən və gənclərdən ibarət milli yığmasının 40 idmançısı iştirak edir.
Təlim-məşq toplanışı Paris 2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.