Cüdoçular Poreçdə təlim-məşq toplanışında iştirak ediblər
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 12-19 iyunda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Xorvatiyanın Poreç şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edib.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 11 oğlan və 8 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.