ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçular Qrats təlim-məşq toplanışında iştirak edib

Cüdoçular Qrats təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 20-22 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qrats şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 12 idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.