Cüdoçular Qusarda təlim-məşq toplanışına qatılıb
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 19 iyundan etibarən Qusarda keçirilən təlim-məşq toplanışında iştirak edir.
1 iyula qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın gənclərdən ibərət milli yığmasının 35 cüdoçusu qatılıb.
Hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.