ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Açıq Avropa turnirini 6 medalla başa vurdu

Cüdoçularımız Açıq Avropa turnirini 6 medalla başa vurdu

10-11 sentyabr tarixlərində İtaliyanın Riççione şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulub. İki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib.

Yarışın ilk günü -60 kq. çəkidə yarışan cüdoçumuz Rövşən Əliyev və -66 kq. çəkidə Orxan Səfərov gümüş medal qazanıblar.

Yarışın ikinci günündə -81 kq. çəkidə yarışan cüdoçumuz Səid Mollayi Ukrayna təmsilçisi Havor Manukyanı məğlub edərək turnirin bürünc medalına sahib olub.

-100 kq. çəki dərəcəsinin final görüşündə iki Azərbaycan cüdoçusu Zelim Kotsoyev və Məmmədəli Mehdiyev üz-üzə gəlib. Nəticədə Zelim Kotsoyev qızıl, Məmmədəli Mehdiyev isə gümüş medalları bölüşüb.

+100 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşdə də iki Azərbaycan təmsilçisi Uşanqi Kokauri və Camal Qamzatxanov mübarizə aparıblar. Görüşün sonunda Uşanqi Kokauri bürünc medal qazanıb.

Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü yeri, kişilər arasında isə 2-ci yeri tutub.

Cüdoçularımız təbrik edirik!