ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız "AGOF 2022"-nin ilk günü 3 gümüş medal qazandı

Cüdoçularımız "AGOF 2022"-nin ilk günü 3 gümüş medal qazandı

Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclərinin Yay Olimpiya Festivalının ilk yarış günü başa çatıb. 

Cüdoçularımız bu gün fərdi yarışlarda 4 çəki dərəcəsində mübarizəyə qoşulub. Yarışın ilk günündə 3 cüdoçumuz medal qazanıb.

Oğlanların mübarizəsində -55 kq. çəkidə Murad Əliyev və -60 kq. çəkidə Nurlan Kərimli yarışı gümüş medallarla başa vurub.

Qızlar arasında isə -48 kq. çəkidə Könül Əliyeva final görüşünün nəticəsində gümüş medala sahib olub. 

İdmançılarımızı təbrik edirik!