Cüdoçularımız Aktau Açıq Asiya turnirində 4 medal qazandı
Azərbaycan cüdoçuları 12-13 oktyabrda Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl və 3 bürünc medal əldə edib. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutub.
Azərbaycan yarışda 5 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə cüdoçularımız 1 qızıl medal əldə edib. Yarışın ikinci günündə isə cüdoçularımız 3 medal qazanıb.
Kişilər arasında -81 kq. çəkidə Elcan Şəfiyev, +100 kq. çəkidə Camal Feyziyev və Eldar Əliyev bürünc medal əldə ediblər.
İdmançılarımızı təbrik edirik!