ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışındadır

Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışındadır

Qadınlardan və gənc qızlardan ibarət milli yığma komandalarımızın 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Hazırlıq prosesi 23-26 mart tarixlərini əhatə edəcək. 

Təlim-məşq 5-6 apreldə Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, 12-13 apreldə İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.