Cüdoçularımız Antalya Avropa Kubokunun ilk günündə 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazandı
2 martda Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Oğlanlar arasında -50 kq. çəkidə Bahadır Feyzullayev və -55 kq. çəkidə Nihad Məmişov qızıl medal əldə ediblər. -55 kq. çəkidə Qüdrət Yusif, -60 kq. çəkidə Mirxaliq İskəndərov, -66 kq. çəkidə Ümüd Qurbanov və Kənan Sadıqov bürünc medala sahib olublar.
Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva və -52 kq. çəkidə Vüsalə Hacıyeva qızıl medal, -44 kq. çəkidə Leyla Ələkbərova və -52 kq. çəkidə Aysun Məmmədova gümüş medal, -44 kq. çəkidə Nərmin Məmmədli və -48 kq. çəkidə Diana Eldarova bürünc medal qazanıblar.
İdmançılarımızı təbrik edirik!