Cüdoçularımız Avropa çempionatında finala çıxdı
16 sentyabr tarixində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatında 2 cüdoçumuz finalda mübarizə aparacaq.
Yarışın ikinci günündə -73 kq. çəkidə yarışan cüdoçumuz Vüsal Qələndərzadə İtaliya təmsilçisi Luiqi Sentrakçioya qarşı, -81 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Elcan Hacıyev isə İtaliyalı idmançı Briqht Nosa Maddalonya qarşı qızıl medal uğrunda tatamiyə çıxacaq.
Yarışın final görüşləri Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Çempionatı canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!