ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa Çempionatında iştirak edəcək

Cüdoçularımız Avropa Çempionatında iştirak edəcək

15-18 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında Avropa çempionatı keçiriləcək. Bu mötəbər beynəlxalq  yarışa 39 ölkədən 349 idmançı qatılacaq. Azərbaycan çempionatda 13 idmançı ilə təmsil olunacaq.

İdmançılarımız 15-17 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 18 sentyabr tarixində isə komanda yarışlarında iştirak edəcək.

Cüdoçularımıza performans direktor Mark van der Ham, baş məşqçi Elxan Məmmədov, məşqçilər Elxan Rəcəbli və Vüqar Hüseynov rəhbərlik edəcək.


Oğlanlar


-60 kq. 

Turan Bayramov

Nizami İmranov


-73 kq.

Vüsal Qələndərzadə


-81 kq.

Ömər Rəcəbli

Elcan Hacıyev


-90 kq.

İsmayıl Zamanov

Vüqar Talıbov


-100 kq.

Ruslan Nəsirli


+100 kq.

Kənan Nəsibov


Qızlar


-48 kq.

Könül Əliyeva


-57 kq.

Səbinə Əliyeva


-63 kq.

Aytac Qardaşxanlı


-78 kq.

Nərmin Əmirli


İdmançılarımıza uğurlar arzulayırıq!