ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub

Cari ilin 29 aprel - 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub. Çempionata dünyanın 40 ölkəsində 362 idmançı qatılıb.
Baş məşqçi Riçard Trautmanın rəhbərliyi altında Azərbaycan Milli yığma komandası Avropa çempionatına 9 oğlan 2-i qız olmaqla, 11 idmançı ilə qatılıb.
3 gün davam edən yarışın ilk günü oğlanlar arasında -60 kq. çəki dərəcəsində Balabəy Ağayev və Əhməd Yusifov, -66 kq. çəki dərəcəsində İbrahim Əliyev və Yaşar Nəcəfov, qızlar arasında isə -48 kq. çəkidə Şəfəq Həmidova və Ramilə Əliyeva tatamiyə çıxıb. -60 kq. çəkidə yarışan idmançımız Balabəy Ağayev və -66 kq. çəkidə yarışan idmançımız Yaşar Nəcəfov 5-ci yerlə kifayətləniblər.
Yarışın ikinci günü -73 kq. çəki dərəcəsində favorit idmançılarımız Rüstəm Orucov və Hidayət Heydərov medallar uğrunda mübarizə aparıblar. İlk olaraq Rüstəm Orucov bürünc medala sahib olub, digər idmançımız Hidayət Heydərov isə bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Çempionatın sonuncu günü 3 cüdoçumuz mükafatlar uğrunda mübarizə aparıb. -90 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev və -100 kq. çəkidə yarışan cüdoçumuz Elmar Qasımov çempionluğa çox yaxın olduğu halda bürünc medal uğrunda yarışmaq şansı əldə ediblər. Məmmədəli Mehdiyev Avropa 3-cüsü olub, Elmar Qasımov isə çempionatı 5-ci yerdə tamamlayıb. +100 kq. çəkidə mübarizə aparan cüdoçumuz Uşanqi Kokauri yarışda 7-ci yeri tutub.
Gərgin mübarizə şəraitində davam edən çempionatı idmançılarımız 1 qızıl, 2 bürünc medalla tamamlayıb.
Yarışın yekun nəticələrinə görə millimiz Avropa çempionatını ümumi sıralamada 8-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.
İdmançılarımızı təbrik edirik!