ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa çempionatının ilk günü 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb

Cüdoçularımız Avropa çempionatının ilk günü 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb

Bu gün Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ilk günün görüşləri başa çatıb.

Oğlanlar arasında -50 kq. çəki dərəcəsində Məhəmməd Məmişov təsəlliverici görüşdə ermənistanlı idmançı Qor Safaryan üzərində parlaq qələbə qazanaraq bürünc medalla yarışı başa vurub.

-55 kq. çəkidə Şahin Oruczadə finalda Serbiya təmsilçisi Matiya Yeremiklə gərgin keçən mübarizə nəticəsində qızıl medal qazanaraq çempionatın qalibi olub.

-60 kq. çəkidə Nizami İmranov final görüşündə macarıstanlı cüdoçu Adam Mayora qalib gələrək idmançılarımızın aktivinə ikinci qızıl medalı yazdırıb. 

Qızlar arasında -48 kq. çəkidə yarışan idmançımız Aydan Vəliyeva isə çempionatın gümüş medalçısı olub. 

İlk günün nəticəsinə əsasən cüdoçularımız çempionatda ümumi hesabda birinci yerdədir.

İdmançılarımızı təbrik edirik!