ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa çempionatının ilk günündə 4 medal qazandı

15 noyabrda Polşanın Pila şəhərində 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 

Qadınlar arasında -52 kq. çəkidə Aydan Vəliyeva gümüş medal əldə edib. -57 kq. çəki dərəcəsində Fidan Əlizadə finalda gürcüstanlı rəqibi Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb. Bu qələbə ilə Fidan qadınlar arasında 20 illik fasilədən sonra ölkəmizə ilk qızıl medalı qazandırıb. Sonuncu dəfə bu titulu 2004-cü ildə Sloveniyada keçirilən U-23 Avropa çempionatında Kifayət Qasımova əldə edib.

Kişilər arasında -60 kq. çəki dərəcəsində Hüseyn Allahyarov bütün rəqiblərinə qalib gələrək fiala vəsiqə qazanıb. Hüseyn finalda polşalı rəqibi Yakub Kurovskiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -73 kq. çəki dərəcəsində Rüfət Şövlətov üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Dimitar Gospodinovu məğlub edərək bürünc medal qazanıb.

İdmançılarımızı təbrik edirik!