ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı təşkil olunacaq. Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. 26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən, 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək. Yarışda Azərbaycan baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.

Oğlanlar

-55 kq.

Murad Əliyev

-60 kq.

Nurlan Kərimli

-66 kq.

Eltac Yusifli

-73 kq.

Qadir Hüseynov

-81 kq.

İsmayıl Zamanov

-100 kq.

Əjdər Bağırov

+100 kq.

Kənan Nəsibov

Qızlar

-44 kq.

Xumar Qasımzadə

-48 kq.

Könül Əliyeva

-52 kq.

Aydan Vəliyeva

-57 kq.

Fidan Əlizadə

+78 kq.

Nigar Süleymanova

İdmançılarımıza uğurlar arzulayırıq!