ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Avropa Kubokuna 4 medalla başlayıb

Cüdoçularımız Avropa Kubokuna 4 medalla başlayıb

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb. 

İlk yarış günündə 4 cüdoçumuz fəxri kürsüyə qalxıb. -60 kq çəki dərəcəsində Nihad Məmişov və -73 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar. Fərid Qarayev (-60 kq) gümüş, Məhəmməd Musayev (-66 kq) isə bürünc medala sahib olub. 

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turnirə 26 ölkədən 226 idmançı qatılıb.