Cüdoçularımız Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri tutub
Cüdoçularımız Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarının cüdo yarışlarını 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.
İkinci yarış günü qızlar arasında -57 kq. çəkidə Diana Eldarova bürünc medal əldə edib. Oğlanlar arasında -73 kq. çəkidə Məhəmməd Ağakişiyev və Səid Şərifov finalda qızıl medal uğrunda mübarizə aparıb. Görüşün nəticəsində Məhəmməd Ağakişiyev qızıl, Səid Şərifov isə gümüş medal əldə edib. -81 kq. çəkidə Amin Mehdiyev və -90 kq. çəkidə Səid Hüseynov gümüş medal, +90 kq. çəkidə Sübhan Axundov bürünc medal qazanıb.
İdmançılarımızı təbrik edirik!