ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Berlin Avropa Kubokunda ikinci yeri tutdu

27-28 iyulda Almaniyanın paytaxtı Berlində gənclər arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 3 gümüş və 5 bürünc  əldə edib.

Cüdoçularımız ümumi hesabda ikinci yerdə, qızlar arasında dördüncü, oğlanlar arasında ikinci yeri tutub.

Yarışın ilk günündə cüdoçularımız 1 gümüş və 2 bürünc medal qazanıb.

Yarışın ikinci günündə oğlanlar arasında +100 kq. çəkidə Kənan Nəsibov qızıl medal qazanıb. -81 kq. çəkidə Süleyman Şükürov gümüş medal, eyni çəki dərəcəsində Məmmədrza Hacızadə və -100 kq. çəkidə Əjdər Bağırov bürünc medal əldə edib. -90 kq. çəkidə Şamil Tuncay yarışı 5-ci yerdə tamamlayıb.

Qızlar arasında -57 kq. çəkidə Fidan Əlizadə qızıl medal, -52 kq. çəkidə Xədicə Qədəşova gümüş medal və -48 kq. çəkidə Könül Əliyeva bürünc medal qazanıb.

İdmançılarımızı təbrik edirik!