Cüdoçularımız Berlin Avropa Kubokunun ilk günündə 3 medal qazandı
27 iyulda Almaniyanın paytaxtı Berlində gənclər arasında Avropa Kubokunda cüdoçularımız 1 gümüş və 2 bürünc medal əldə edib.
Yarışın ilk günündə oğlanlar arasında 3 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-73 kq. çəkidə Aydın Rzayev gümüş medal, Süleyman Əliyev və Əbil Yusubov bürünc medal qazanıb. -66 kq. çəkidə İslam Rəhimov 5-ci, Nicat Nağıyev isə turniri 7-ci yerdə tamamlayıb.
İdmançılarımızı təbrik edirik!