Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
5 dekabrdan etibarən Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışı başlayıb. 15 dekabra qədər davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli yığma komandanın 15, qadınlardan milli yığma komandanın isə 8 cüdoçusu iştirak edir.
İdmançılarımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Təlim-məşq toplanışı 20-22 dekabrda İsrailin Qüds şəhərində keçiriləcək Masters turnirinə hazırlıq məqsədi daşıyır.