Cüdoçularımız “Çağırış kuboku”nda uğurla çıxış edib
29-30 oktyabrda Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində VIII “Çağırış kuboku” keçirilib.
Azərbaycanında iştirak etdiyi beynəlxalq yarışda Rusiyanın bir çox regionlarından və başqa ölkələrdən 900-dən çox yeniyetmə idmançı medallar uğrunda mübarizə aparıb.
Turnirdə U-13 yeniyetmələr arasında -42 kq. çəki dərəcəsində Zülfüqar Qurbanlı və U-15 yeniyetmələr arasında -46 kq. çəki dərəcəsində isə İlkin Qarayev qızıl medal qazanıblar.
İdmançılarımızı təbrik edirik!