ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Çenqdu 2021 Dünya Universitet Oyunlarında iştirak edəcək

Cüdoçularımız Çenqdu 2021 Dünya Universitet Oyunlarında iştirak edəcək

Çinin Sıçuan əyalətinin paytaxtı Çenqduda XXXI Dünya Universitet Oyunları keçiriləcək. 29 iyul - 1 avqustda baş tutacaq cüdo yarışlarında 42 ölkədən 269 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəsində 4 qadın və 7 kişi cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçi Mehman Əzizov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Qadınlar 


-48 kq.

Leyla Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 


-70 kq. 

Günel Həsənli 


-78 kq. 

Nərmin Əmirli


Kişilər


-60 kq. 

Kənan İsmayılov 


-66 kq.

Yaşar Nəcəfov 


-73 kq. 

Rəşid Məmmədəliyev 


-81 kq. 

Məhərrəm İmamverdiyev 


-90 kq. 

Elcan Hacıyev 


-100 kq. 

Ruslan Nəsirli 


+100 kq. 

Toğrul Salmanov 


Cüdoçularımıza uğurlar arzulayırıq!