ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Dubrovnik Avropa Kubokunda iştirak edəcək

Cüdoçularımız Dubrovnik Avropa Kubokunda iştirak edəcək
6-7 apreldə Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək. Yarışa 29 ölkədən 375 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

-48 kq. 
Ramilə Əliyeva 

-57 kq. 
Nərgiz Hacıyeva 

-63 kq. 
Aytac Qardaşxanlı 

-70 kq. 
Südabə Ağayeva 
Günel Həsənli 

-78 kq. 
Nərmin Əmirli

Cüdoçularımıza uğurlar arzulayırıq!