Cüdoçularımız Dünya çempionatına hazırlığı davam etdirir
Cüdoçularımız 6-12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında Dünya çempionatına hazırlığın son mərhələsindən keçir. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Qeyd edək ki, Çinin həm kişilərdən, həm də qadınlardan ibarət milli yığma komandaları da 9 sentyabrdan etibarən Bakıdadırlar və 30 sentyabra qədər Azərbaycan milli yığmaları ilə birlikdə Dünya çempionatına hazırlıq keçəcəklər.