ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Cüdoçularımız Dünya çempionatına hazırlığı davam etdirir

Cüdoçularımız Dünya çempionatına hazırlığı davam etdirir

Cüdoçularımız 6-12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında Dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. 

Sentyabrın 12-dən 16-dək İtaliyanın Riççione şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında milli yığma komandanın 14 kişi və 2 qadın cüdoçusu iştirak edirlər. Qeyd edək ki, təlim-məşq toplanışına 34 ölkədən 281 idmançı qatılıb. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Cüdoçularımıza böyük performans analitik Zaur Babayev, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.