Cüdoçularımız Dünya çempionatının ikinci günündə iki bürünc medal qazandı
25 avqust tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında Dünya çempionatının ikinci günündə 2 cüdoçumuz bürünc medal qazanıb.
-48 kq. çəkidə yarışan idmançımız Aydan Vəliyeva macarıstanlı idmançı Luka Veq ilə mübarizədən qalib ayrılaraq Dünya çempionatının bürünc medalına sahib olub.
-60 kq. çəkidə cüdoçumuz Nizami İmranov fransalı idmançı Dayyan Boulemtafesə qalib gələrək Dünya çempionatının bürünc medalçısı olub.
-66 kq. çəkidə cüdoçularımız Nicat Nağıyev yarışı 5-ci Əbil Yusubov isə yarışı 7-ci yerdə tamamlayıb.
Xatırladaq ki, çempionatın ilk günündə -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə gümüş medal qazanıb. Hal-hazırda, Azərbaycan millisinin aktivində 1 gümüş və 2 bürünc medal var.
İdmançılarımızı təbrik edirik!