Cüdoçularımız Dünya çempionatının ilk günündə 1 gümüş medal qazandı
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarının ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş medal əldə edib.
4 oktyabrda Azərbaycan yığma komandasının 5 üzvü tatamiyə çıxıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında -48 kq. çəki dərəcəsində Könül Əliyeva 5-ci yerlə kifayətlənib.
İdmançılarımızı təbrik edirik!